Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Həbs edilmiş nazirin 4 mənzili, 3 imarəti və 3 iri torpaq sahəsi üzə çıxdı

Həbs edilmiş nazirin 4 mənzili, 3 imarəti və 3 iri torpaq sahəsi üzə çıxdı

Moskvada həbs edilmiş keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin davam edən məhkəmə prosesində bu gün prokuror məmurun üzə çıxarılmış əmlaklarının siyahısını açıqlayıb.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, 2 milyon dolar rüşvət alarkən tutulmuş A.Ulyukayevin əmlakları aşağıdakılardır:

– Moskvada mənzillər: 2 ədəd 2 otaqlı, 1 ədəd 4 otaqlı və 1 ədəd 5 otaqlı;

– Moskva vilayətinin Ramenskoye rayonunda imarət və torpaq sahəsi;

– Smolensk şəhəri yaxınlığında imarət və kənd təsərrüfatı torpaqları;

– Krımın Yalta şəhərində imarət və torpaq sahəsi.

Bundan əlavə, nazirin “Sberbank”da depozit hesabı var. Hesabdakı məbləğ açıqlanmır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …