Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / “Həzrət Sabir” azadlığa buraxıldı

“Həzrət Sabir” azadlığa buraxıldı

 

BakıApellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasov Sabir Vidadi oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.<p”>Belə ki, S.Abbasov barəsində çıxarılan 3 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası azaldılaraq 1 il 1 ay yarıma endirilib. O, məhkəmə zalından azalığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin fevral ayının 7-də Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıb.

Belə ki, Bakı şəhərində yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. Guya o, mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində S.Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, cinayət başında tutulub.

S.Abbasov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə S.Abbasov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın