Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Araşdırma / Hərbi Prokurorluğun 3 işçisi məsuliyyətə cəlb olunub

Hərbi Prokurorluğun 3 işçisi məsuliyyətə cəlb olunub

Bu ilin ilk 6 ayında Azərbaycan Hərbi Prokurorluğunun vəzifə borclarını layiqincə yerinə yetirən 13 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.
Azərbaycan Respublikası baş prokurorunun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, xidməti fəaliyyətlərində fərqlənmiş 19 əməkdaş baş prokurorun, 27 əməkdaş isə hərbi prokurorun əmri ilə həvəsləndirilib. Hərbi prokurorun əmri ilə 5 işçi vəzifəsində irəli çəkilib, 3 işçi intizam məsuliyyətinə cəlb olunub. Hərbi Prokurorluğun 34 əməkdaşı isə müxtəlif medallarla təltif edilib.

Həmçinin oxuyun

Adnan Oktar dəstəsinin votsap mesajları ortaya çıxdı

Oktarın gizli kod adı “Yazar” imiş; Onun “Mənə bir şey olsa, təşkilatdakı əsas adam odur” …

Bir cavab yazın