Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı üçün kritik həftə – HÖKM OXUNACAQ…

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı üçün kritik həftə – HÖKM OXUNACAQ…

Fevralın 3-də Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Əli Allahverdiyev, Yunis Əliyev, Elxan Hacıyev, Kamandar Paşayev və Faiq Xamoyev son sözlə çıxış ediblər. (“Report”).
Onlar iş üzrə özlərini qismən təqsirli bilib və məhkəmədən obyektiv hökm çıxarılmasını istəyiblər.

Ş.Sultanov və digər 4 nəfər növbəti məhkəmə prosesindən son sözlə çıxış edəcək.
Prosesi fevralın 10-da davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı Ş.Sultanovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Göyçay rayonunda anadan olan Ş.Sultanov 1999-cu ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilmişdi. Ş.Sultanovun 2014-cü il aprel ayının 23-də həbs olunması mediada sabiq müdafiə naziri Səfər Əbiyevin də “başı üzərində” təhlükə kimi izah edilirdi. Çünki Ş.Sultanovla bərabər HDQ-nin bir neçə hərbi qulluqçusu saxlanılmışdı.

2015-ci ilin dekabr ayında Bakı Hərbi Məhkəməsi onun barəsində olan həbs-qətimkanı ev dustaqlığa ilə əvəzlədi. Yeri gəlmişkən, Şahin Sultanov o zaman ilk nüfuzlu şəxs idi ki, belə bir qətimkan tədbirindən yararlanırdı (İndi isə ləğv olunmuş MTN-in generalı olmuş Natəvan Mürvətova da ev dustağıdır-“YM”).

Yada salaq ki, vitse-admiral ev dustaqlığına buraxılandan sonra Fəxri Xiyabana gedərək mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra çox ilginc açıqlamalar vermişdi. “Mən bu gün ağ formanı ona görə geyindim ki, bu ağ formaya ləkə düşə bilməz. Mən necə vardım – təmiz, eləcə də qalacam. Hazırda irəli sürülən ittihamla bağlı iş gedir. Zaman gələcək hamısı aydın olacaq. Eyni zamanda mənim hərbi rütbəm məndən alınmayıb” – deyə, general bildirmişdi.

Şahin Sultanovun ev dustaqlığına buraxılmasına o zaman S.Əbiyev də qısa münasibət bildirərək “narahat olmayın, hər şey yaxşıdır. Heç bir problem yoxdur” deyərək, qısa münasibət bildirmişdi.

Vitse-admiralın vəkilləri bu həbsi əvvəl gündən sifarişli hesab edirlər.
Vitse-admirala hansı cəza veriləcəyi onun son söz deməsindən sonra bilinəcək.(musavat.com)

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın