Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / Həkimi toyda döydülər

Həkimi toyda döydülər

Lənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb.

Toyda qonaq qismində iştirak edən bir qadının qəfildən halı pisləşib. Ona yardım etmək üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq Xeyransa adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Bundan qəzəblənən mərhumun yaxınları hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Vüsal Həsənovu döyüb, “təcili yardım” maşınına isə qismən ziyan vurublar.

Məlumata görə, həyatını itirən qadın ürək çatışmazlığından əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın