Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Həkim oğlu xəstəxanada özünü bıçaqladı

Həkim oğlu xəstəxanada özünü bıçaqladı

Bakıda xəstəxanada 19 yaşlı oğlan özünü bıçaqlayıb.

“Report”un xəbərinə görə hadisə 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü F.M. Nərimanov rayonu Ziya Bünyadov prospekti 48 ünvanından 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya gətirilib. 19 yaşlı gənc xəstəxanada özünü öldürmək məqsədi ilə bədən nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə o, ağır xəsarət alıb və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

F.M.-nın yaxınlarının dediyinə görə, o, anası ilə dəfələrlə mübahisə edib. Nəticədə anası onu 2 saylı Psixiatrik Kliniki Xəstəxanaya göndərib.

Onun anası Təcili Təxirəsalınmaz Yardım Xidmətində həkim kimi fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın