Ana səhifə / Araşdırma / “Həbsxana həyatı mənə biloloji ölümdür”- Vidadi Zeynalovun son sözü

“Həbsxana həyatı mənə biloloji ölümdür”- Vidadi Zeynalovun son sözü

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun 4 vəklilindən biri olan Muğam Əliyev çıxış edib.

O, müvəkkilinə qarşı ittihamların əsasız olduğunu deyib və V.Zeynalova bəraət verilməsini istəyib.

Daha sonra həbsdə olan “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayevin vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim elan edib ki, Qəmbər Bəybalayev dövlətə vurduğu 2 milyondan artıq ziyanı tam olaraq ödəyib.

Daha sonra prosesdə nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov son söz deyib.

Vidadi Zeynalov deyib ki, ona verilən ittihamlar əsassızdır:

“Həmişə dövlətə sadiq birisi olmuşam. Sadaqətim hamıya məlumdur. Bundan sonra da belə olacaq. Həbsxana həyatı mənə biloloji ölümdür. İttihamları qəbul etmirən. Heç bir dəstə yaratmamışam. Heç bir dəstənin tərkibində olmamışam. Dövlət büdcəsinin pulunu heç vaxt yeməmişəm”.

Vidadi Zeynalov həbs edildikdən sonra qohumlarının əmlaklarına qoyulan həbslərin götürülməsini istəyib: “Çünki o adamlar mənim pulumla yox, öz zəhmətləri ilə qazanıblar. Həmin əmlaklara həbs qoymaq olmaz”.

Vidadi Zeymalov ittihamı yox etdiyo səhvini qəbul etdiyini bildirib: “Mən səhvimə görə cəza çəkirəm. Allah məni bağışlasın. İttihamları qəbul edə bilmərəm. Əmək haqqı və “PLZ” MMC ilə bağlı ittihamlar umumiyyətlə absurdur. Cəzamı çəkməyə hazıram. Son sözümü atalarım dediyi kimi “Elə adamın yükünü daşı ki, bir gün yıxılsan, yüküne daşısın” sözləri ilə qutarıram”

Xatırladaq ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prosesin davamında digər təqsirləndirilən şəxs Bayram Vəliyev çıxış edib. O, vəkili ilə razı olduğunu, barəsində.bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqdirləndirilən “Aztelekom” sabiq rəhbəri Məhəmməd Məmmədov da çıxışında ittihamları qəbul etmədiyi deyib.

O, məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib.

BTRİB-in sabiq rəhbəri, Eldar Mahmudovun qohumu Beytulla Hüseynov isə son sözündə qeyd edib ki, onları cəmiyyətdə cinayətkar dəstə kimi təqdim ediblər.

“Tərcümeyi halınımızı paylaşsaydılar görərədilər ki, biz neyləmişik. İndi sizdə bizim haqqımızfa ədalətli qərar çıxarılmasını istəyirəm”- deyə B.Hüseynov bildirib.

Daha sonra “Azintelekom” sədri Cəlil Cəfərov çıxış edib.

O bildirib ki, ona verilən ittihamlar absurddur: “Mən bu insanlarla necə mütəşəkkil dəstə üzvü ola bilər ki, heç biri ilə əlaqəm olmayıb.Mənə tapşırılan bütün tapşırıqları tam yerinə yetirmişəm. Ədalətli qərar sizdən gözləyirəm. Biz həmişə Azərbaycan dövlətçiliyinə xidmət etmişik”.

“Aztelekom”sabiq baş mühasibi Oqtay Rüstəmov də barələrində ədalətli qərar çıxarılmasını tələb edib.

Təqsirləndirilən Səhrab Hümmətov da son sözündə uşaqlarının nəzərə alınmasını və barəsibdə bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər məhkəmdən son söz üçün vaxt istəyib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın