Ana səhifə / Araşdırma / Həbsdəki oliqarx: “Məni təhvil versələr, o deməkdir ki, rəhmətliyəm…”

Həbsdəki oliqarx: “Məni təhvil versələr, o deməkdir ki, rəhmətliyəm…”

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qatı düşməni, hazırda Fransada həbsdə olan keçmiş oliqarx Muxtar Ablyazov deyib ki, əgər onu Astanaya təhvil versələr, sağ qalmayacaq.

“Əgər Fransa məni təhvil versə, bu, o deməkdir ki, rəhmətliyəm”- deyə Ablyazov “Le Point” qəzetinə müsahibəsində bildirib.

Virtualaz.org saytı xəbər verir ki, Muxtar Ablyazov 2013-cü ildə Fransada saxlanılıb. Onun həbs edilməsi əməliyyatında Fransa polisinin xüsusi təyinatlı dəstələri, habelə vertolyotlar iştirak edib. Baxmayaraq ki, Ablyazov silahlı deyildi və polislərə təhdid yaratmırdı.

Keçmiş bankir bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda və 5 milyard dolları mənimsəməkdə ittiham olunur. Qazaxıstana təhvil verilsə, oliqarxı əmlakı müsadirə olunmaqla 13 il həbs gözləyəcək.

Hazırda Fransa tərəfi qazax oliqarxın ekstradisiyası məsələsinə baxır. Ablyazov əmindir ki, əgər Fransanın Qazaxıstanda güclü iqtisadi maraqları olmasaydı, onun ekstradisiyası məsələsi gündəmdə olmayacaqdı.

“Prezident Fransua Olland yaxşı bilir ki, 26 ildir hakimiyyətdə olan adam nə deməkdir”-deyə qaçqın oliqarx bildirib.

Ablyazov əmindir ki, Nursultan Nazarbayevin pullarını da Qəzzafinin pullarının taleyi gözləyir: “Onun pullarını bütün dünya boyu tapıb donduracaqlar”.

“Le Point” əmindir ki, 52 yaşlı biznesmeni Nazarbayevə təhvil versələr, o, həbsxanadan sağ çıxmayacaq. Lakin Fransa onu təhvil verməsə, Qazaxıstan hökmdarını incidəcək, bu da Fransa şirkətlərinin sərfəli müqavilələri itirməsi deməkdir.

Ablyazov 1998-ci ildə Qazaxıstanın ticarət, energetika və sənaye naziri postunu tutub, sonra ölkənin aparıcı bankının nəzarət səhm paketini əldə edib. Mühüm vəzifə tutarkən o, müxalifətə maliyyə dəstəyi edib və rejimin düşməninə çevrilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın