Ana səhifə / Araşdırma / Həbs olunan DTX əməkdaşı Mahmudov çetesinin üzvü olub – Yenilənib

Həbs olunan DTX əməkdaşı Mahmudov çetesinin üzvü olub – Yenilənib

Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı Rövşən Firudin oğlu Ağayev öz həmkarları tərəfindən həbs olunub. Onun adı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələyə qarışıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri məəslə ilə bağlı birgə məlumat yayıb.

Həmin məlumatda deyilir:

-Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr – çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Mehman Şakir oğlu Ağarzayev və Nəriman Telman oğlu Sadıqov ifşa edilərək saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Xəyal Hüseynağa oğlu Abdullayevin yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Rövşən Firudin oğlu Ağayev və onunla əlbir olan Şirvan şəhər sakini Mətləb Sabir oğlu Əmirov Şirvan şəhər sakini Sarayxanım Nadir qızı Abdullayevadan sonuncunun oğlu təqsirləndirilən şəxs X.Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti alıblar.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S.Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb. Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R.Ağayev və M.Əmirov şübhəli şəxs qismində saxlanılıblar. Hazırda S.Abdullayevanın itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun aidiyyəti qurumları tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Musavat.com-a daxil olan məlumata görə həbs olunan DTX əməkdaşı Eldar Mahmudovun çetesinin üzvü olub. 2015-də Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyində keçirilən məlum “təmizləmə”lərdən və həbslərdən sonra vəzifəsindən uzaqlaşıdırılıb. Buna baxmayaraq sistemdə Mahmudova bağlı qüvvələr qalmaqdadır. Belə məlumatlar var ki, Rövşən Firudin oğlu Ağayev Eldar Mahmudovun nazirliyi dövründə təhlükəsizlik orqanına işə götürülüb. Ona bağlı kadrlardan hesab edilib.

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …