Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər…

Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər…

Rusiya məbuatı ötən həftə sonu həbs edilən milyarder-oliqarx, “Summa” şirkətlər qrupunun sahibi Ziya Maqomedovun “dostlarının siyahısını” yayır.

Bildirilir ki, bu siyahıya baş nazir Dmitri Medvedyev və onun müavini Arkadi Dvorkovçlə yanaşı bir sıra yüksək rütbəli məmurlar və oliqarxlar, o cümlədən azərbaycanlı milyarder Vaqif Məmişov, prezidentin köməkçisi Vladislav Surkov, nəqliyyat nazirinin birinci müavini Oleq Belorezov, baş nazirin digər müavini İqor Şuvalovla yaxın münasibətlərə malikdir. Dövlət Dumasının Dağıstandan olan deputatı Umaxan Umaxanov onun yeznəsidir. Və deyilənlərə görə Arkadi Dvorkoviçin xanımı, dağıstanlı Zümrüd Rüstəmova Maqomedovun dostları siyahısındadır. Ümumiyyətlə, Maqomedov Rusiya hakimiyyətində şərti olaraq “liberallar” adlanan qruplaşmanın üzvüdür və ehtimal edilir ki, onun həbsi sərt xətt tərəfdarlarının liberalları sıradan çıxarmağa yönəlmiş planlarının tərkib hissəsidir.

* * *13:55

Rusiyada çoxprofilli  “Summa” şirkətlər qrupunun sahibi, “Forbes”in siyahısından milyarder-oliqarx Ziyavuddin (yaxud Ziya) Maqomedovun qəfil həbsi Kremldə hakimiyyətdaxili siyasi klanların bir-biri ilə mübarizəsinin nəticəsidir. Virtualazorg xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.

Ziya Maqomedov və qardaşı Maqomed Maqomedov, habelə “Summa” şirkətlər qrupunun direktorlar şurasının sədri, bakılı menecer Leyla Məmmədzadə də daxil olmaqla bir qrup şəxs ötən həftə korrupsiyada, mənimsəmədə, talançılıqd ittiham olunaraq saxlanılıblar. Bu “oliqarx əməliyyatı” Rusiyada böyük rezonans doğurub, rublun kursuna təsir edib və hakimiyyətdaxili proseslər barədə çoxsaylı ehtimallar doğurub. Belə ki, Ziya Maqomedov baş nazirin müavini Arkadi Dvorkoviçin yaxın dostudur, habelə baş nazir Dmitri Medvedyevə yaxındır. Başqa sözlə, hakimiyyətdəki liberal cinahın adamıdır.

“The Times” qeyd edir ki, baş nazirin komandasında olan maqnat Maqomedov onun müavini Dvorkoviçlə tələbə yoldaşı olub. Son vaxtlar yayılan məlumatlara görə Dvorkoviç hökumətin yeni tərkibində yer almayacaq.

“Medvedyev Putinin sadiq müttəfiqi hesab edilir. Lakin onun postu təhlükə altında qala bilər, çünki hakim siyasi elita daxilində fraksiyalar yeni seçilmiş prezidentin mayın 7-nə təyin edilmiş inauqurasiyası ərəfəsində bir-birləri ilə mübarizəni gücləndiriblər. Gözlənilir ki, mübarizə şiddətlənəcək, çünki Putin 2024-cü ildə onu əvəzləyə biləcək varis axtarışındadır”-qəzet yazır.

Qəzetin yazdığına görə indiki halda Maqomedovun vurulmasının arxasında “Rosneft”in prezidenti, Kremlin qüdrətli “boz kardinalı” İqor Seçin dayana bilər. Çünki Maqomedov Seçinlə münaqişədə idi.

“Əlbətdə, Dvorkoviçin və Medvedyevin adamını bu cür sərt formada həbs edirlərsə deməli kimlərsə kadr məsələsinə açıq təsir göstərmək istəyir. Və aydındır ki, baş nazirin imicinə zərbə dəyib. Hərçənd Medvedyevin yenidən baş nazir təyin ediləcəyi ehtimal edilir, amma elitadakı digər qruplar ola bilsin başqa planlar qurub”-rusiyalı siyasi analitik Yevgeni Minçenko qəzetə deyib.

Digər siyasi analitik Mixail Vinoqradov bu həbsi Medvedyev üçün sınaq adlandırıb.

“Versiyalardan birinə görə Maqomedova qarşı Seçin işləyir”-qəzet Rusiyadakı mənbələrə istinadən yazır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …