Ana səhifə / Araşdırma / Gürcüstanın ixrac etdiyi siqaretin 70%-dən çoxunu Azərbaycan alır

Gürcüstanın ixrac etdiyi siqaretin 70%-dən çoxunu Azərbaycan alır

Bu ilin I yarısında Gürcüstan 53,7 mln. ABŞ dolları dəyərinə siqaret ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur.

“Report” bu barədə qonşu ölkənin Milli Statistika Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Gürcüstanın ixrac etdiyi siqaretin 38,7 mln. dollarlıq hissəsini və yaxud təxminən 72%-ni Azərbaycan alıb. Bundan başqa, Özbəkistana 6,1 mln. dollar, Qazaxıstana 5,8 mln. dollar, Sinqapura 2,5 mln. dollar dəyərində siqaret ixrac olunub. Bununla yanaşı, Türkiyə, Ermənistan və Yunanıstan da Gürcütsandan az miqdarda siqaret idxal edib.

Qeyd edək ki, Gürcüstanın ixrac etdiyi siqaret ölkədə istehsal olunmur, yəni, söhbət təkrar ixracdan gedir. Rəsmi statistikaya görə, bu ilin ilk 6 ayı ərzində qonşu ölkə 63,5 mln. dollarlıq siqaret idxal edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …