Bazar , Oktyabr 25 2020
Ana səhifə / Araşdırma / Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstan ofisinin ölkədə keçirdiyi sorğunun nəticələrində bildirilib. Respondentlərin 32%-i isə işlədiyini bildirib.

Sorğu zamanı azərbaycanlı respondentlərin 2012-ci ildə Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyinə də münasibətləri öyrənilib. Nəticələrə əsasən, onların 37%-i dəyişiklikləri müsbət, 36%-i mənfi qiymətləndirib, 25%-i isə “bilmirəm” deyə cavab verib.

NDI sorğunu bu ilin 28 mart – 15 aprel tarixlərində işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 2 927 respondent arasında aparıb. (Report)

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …