Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Araşdırma / Gürcüstanda azərbaycanlı bələdiyyə nümayəndəsi rüşvətə görə tutulub

Gürcüstanda azərbaycanlı bələdiyyə nümayəndəsi rüşvətə görə tutulub

Gürcüstanıın Marneuli bələdiyyəsi sədrinin Qullar kəndi üzrə nümayəndəsi olan azərbaycanlı rüşvətə görə saxlanılıb.

Azinforum.az – ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyinin apardığı operativ axtarış və istintaq tədbirləri nəticəsində bələdiyyə nümayəndəsi Qəşəm Qarayev həbs olunub.

İstintaq müəyyən edib ki, Q. Qarayev Gürcüstan vətəndaşı Georgi K. və Nepal vətəndaşı Aşoku K. adlı şəxslərə saxta arayış düzəltməyi vəd edib. Buna görə o, 5,5 min lari pul istəyib. O, 500 larini əvvəl, qalan qismini isə arayışı verərkən alıb. Pulu alarkən o, Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb və pul dəlil kimi götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın