Bazar , Noyabr 17 2019
Ana səhifə / Araşdırma / Gürcüstanda 120 Azərbaycandilli məktəb var

Gürcüstanda 120 Azərbaycandilli məktəb var

Gürcüstanda tədrisi Azərbaycan dillində aparılan məktəblərin ümumi sayı 120 təşkil edir.
Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu məktəblərdən 80-i Azərbaycandillidir. Yerdə qalan 40 məktəbdə isə Azərbaycan bölməsi fəaliyyət göstərir.
İllik müqayisədə Gürcüstanın ictimai məktəblərində Azərbaycan bölmələrinin sayı artıb. Belə ki, Mərkəzin ötən il təqdim etdiyi məlumata görə Azərbaycan bölmələrinin sayı 38 təşkil edib.

Həmçinin oxuyun

“İşğal olunmuş auditoriya” – Xankəndi Pedaqoji İnstitutu da erməni millətçiliyinin qurbanı olub – FOTOLAR

Mən Xankəndi Pedaqoji İnstitutunun məzunu deyiləm, amma sonuncu tələbəsiyəm, auditoriyalar ermənilər tərəfindən işğal olunarkən institutu …