Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Araşdırma / Gürcü qızlarının sayı sürətlə azalır: Dünyanın ən dəhşətli “SOYQIRIMI”

Gürcü qızlarının sayı sürətlə azalır: Dünyanın ən dəhşətli “SOYQIRIMI”

 

İki il əvvəl Teona xala ola bilərdi. Bacısı ilk hamiləliyini yaşayırdı. Gələcək valideynlər oğlan arzusuda idilər. Hətta qohumlar körpəyə ad da düşünmüşdülər. Lakin bu xoşbəxtlik çox sürmədi. Həkimlər dölün cinsiyyətini açıqlayanda hər kəsin ümidləri puç oldu.

Teona hadisəni belə xatırlayır:

”Körpənin qız olduğunu öyrəndik. Bu bacımın həyat yoldaşının xoşuna gəlmədi. O, çox imkanlı ailənin oğludur. Valideynləri qarşısında şərt qoymuşdular ki, qızı olsa, mirasdan məhrum olacaq. Gün keçdikcə bu xəbərdarlıq hədə-qorxuya çevrildi. Valideynlərinin dəstəyini itirməkdən qorxan yeznəm bacımı aborta məcbur etdi. Bacım çox ağlayıb-sızlasa da, ailəsini dağıtmamaq üçün körpəsini məhv etdi”.

Teonanın bacısı ailəsini qorusa da, əri ilə münasibətləri get-gedə soyuyurdu. Psixoloji sarsıntı keçirən qadın özünü övladının qatili hesab edirdi. Hələ də qohumlar elə bilir ki, o, uşağı səhhətindəki problemlərə görə itirib.

Похожее изображение

Son 25 ildə Gürcüstan tarixində bu qəbildən olan kədərli hekayələrin sayı sürətlə artmaqdadır.

BMT-nin gürcü nümayəndəliyinin son məlumatına görə, 90-ci illərdən bugünədək qadınların üz tutduqları selektiv abortlar əhalinin güzəranı ilə də əlaqədardır. Bir-birini əvəzləyən iqtisadi böhranlar, mentalitetin fəsadları, zəif təhsil sistemi doğulacaq qızları elə ana bətnindəcə çürüdür. XXI əsrin qızğın elektrotexnika dövründə yaşasaq da, bir çoxları oğullarının simasında hələ də işçi qüvvəsi, vətən qoruyucusundan başqa, heç nə görmürlər. Çoxları hətta qızların xəyanətindən, ailə qurandan sonra valideynlərini atıb, ər evinə gedəcəyindən şikayət edirlər.

Fondun əməkdaşları bildirir ki, orta hesabla 105 qız, 106 oğlan doğulmalıdırsa, bu demoqrafik göstəricidə get-gedə böyük problemlər yaşanır. Belə ki, 100 qız, 114 oğlan doğulur. Problem yalnız doğum balansının pozulması ilə deyil, eləcə də qadınlara qarşı cinsi zorakılıqla bağlıdır.

Yalnız 1990-2015-ci illərdə baş tutan selektiv abortlar nəticəsində ölkədə doğulan qız uşaqlarının sayı 31,5 minə enib. Bu isə faciəvi nəticədir.

Mama-ginekoloq Tinatin Qaquanın sözlərinə görə, qadınlar körpələrinin qız olacağını öyrənən kimi əksər hallarda abort tələb edirlər və onları qərarlarından döndərmək mümkün olmur. Artıq həyəcan təbili çalan gürcü səhiyyəsi selektiv abortla mübarizənin bir sıra üsullarını həyata keçirir:

“Ölkdə hamiləliyin on ikinci həftəsinədək abort leqal sayılır və məhz bu trimestr ərzində cinsiyyəti tam müəyyən etmək mümkün deyil”.

Картинки по запросу no abort

Qaqua hesab edir ki, bu müddətdən sonra doğulacaq körpəni tələf etməyə çalışan valideynlər məsuliyyətə cəlb olunub, layiqincə cəzalandırılsalar, problemin az da olsa, qarşısı alınar.

Gürcüstan Səhiyyə Nazirliyinin əməkdaşları isə bu yöndə aparılan uğurlu siyasət nəticəsində qızların sayının yenidən artdığını açıqlayıblar. Lakin cinslər arasındakı balansı bərpa etmək bir neçə ildən sonra mümkün olacaq.(publika.az)

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …