Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Araşdırma / Gülnar Vəliyevanı öldürən qatil ər 3 milyon verib azadlığa çıxdı

Gülnar Vəliyevanı öldürən qatil ər 3 milyon verib azadlığa çıxdı

Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib. Belə ki, 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb.

“Komsomolskaya pravda” bu barədə 34 yaşlı Samir Həbibovun yaxınlarına istinadən xəbər verib. “Mayın 27-də Samiri həbs edib məhkəməyə apardılar. Lakin vəkil 3 milyon rubl (67 min 800 AZN) müqabilində onun azad olunmasını istədi. Hakim bununla razılaşaraq onu girov müqabilində azad edib”, – deyə Həbibov ailəsinə yaxın mənbə qeyd edib.

Bununla bağlı Sankt-Peterburq üzrə İstintaq Komitəsi rəsmi açıqlama verməyib.

Daha əvvəl Vəliyevanın həyat yoldaşı Samir Həbibovun saxlanıldıqdan sonra verdiyi ifadəyə görə, o, həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib: “Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim”.

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb. “Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub”, – deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat-xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb.

Virtualaz.org xatırladır ki, Gülnar Vəliyevanın meyiti srağagün baba ocağına gətirilib və dəfn edilib.

Samir Həbibovu isə törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləyir.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın