Ana səhifə / Araşdırma / Gülnarə Kərimova həbs olundu – mərhum özbək diktatorunun qızının nazıyla oynamaq istəmirlər

Gülnarə Kərimova həbs olundu – mərhum özbək diktatorunun qızının nazıyla oynamaq istəmirlər

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. O, 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı pozulub Boşanma prosesi iki il davam edib. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib.

2008-ci ilin fevralında G.Kərimova mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun “Fashion Institute of Technology” dizayner kursunun məzunu, “Guli” brendinin sahibdir.

2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir. Gülnarə Kərimova Özbəkistanda ən nifrət edilən şəxs hesab edilir.

Onu hələ atasının vəzifədə olduğu vaxtlarda tez-tez ev dustağı edirdilər.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın