Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Göygölə getmək istəyənlərin arzusu gözündə qaldı – HADİSƏ

Göygölə getmək istəyənlərin arzusu gözündə qaldı – HADİSƏ

Moderator.az – ın Gəncəbasar üzrə xüsusi müxbirinin indicə verdiyi məlumata görə istirahət günü Göy-gölə gedənlərin sayının çoxluğundan Hacıkənd qəsəbəsindən başlanan kilometrcə tıxac yaranıb.

İnsanlar saatlarca yolda qaldıqlarından istirahət əvəzinə dilxorçuluqdan baş verənlərə görə Göygöl rayonuna bir neçə gün öncə təyin oluna DYP rəisi Misir Quliyevin günahlandırırlar. Sürücülərin iddialarına görə əslində yol boyu hərəkəti tənzimləməli olan DYP əməkdaşları rayonun çıxışındakı posta hamını yerli-yersiz yoxlamalardan keçirdiklərinə görə başları bərk qarışdığından belə acınacaqlı durum yaranıb. Yəni istirahətə gedənlərə “təmənnasız” xidmət göstərən DYP əməkdaşları yollardakı vəziyyətə nəzarət etməyi “unudublar”…

Müxbirimizin bildirdiyinə görə vəziyyətin qəlizliyini görüb yoldakı tıxacı aradan qalıdırmaq üçün hərbçilərin köməyindən istifadə edilir.
Moderator.az hadisə yerindən son görüntüləri təqdim edir:

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın