Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Göyçayda müəllim şagirdi döyüb xəsarət yetirdi: “”Dəlilik kağızı”m var, kimə istəyirsən, şikayət et”

Göyçayda müəllim şagirdi döyüb xəsarət yetirdi: “”Dəlilik kağızı”m var, kimə istəyirsən, şikayət et”

Göyçay 5 nömrəli orta məktəbin Aytəkin adlı tarix müəlliməsi 5 ci sinif şagirdini döyüb.

Atasının Unikal.org-a verdiyi məlumata görə, tarix müəlliməsi onun qızı Xasməmmədli Aysunu nalayiq ifadələrlə təhqir etdikdən sonra döyərək xəsarət yetirib: “Hadisə bu gün səhər saat 11:00 radələrində baş verib. Şagirdlərin yanında söyüş və təhqirlərlə qışqıraraq öz üstünlüyünü nümayiş etdirib. Ailə üzvlərimiz bu gün etirazlarını bildirib şikayət edəcəklərini dedikdə müəllimə cavab verib ki, “Hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var”. Anası uşağı tibbi ekspertizadan keçirməyə aparırlar”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın