Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / Göyçayda bazarın köçürülməsi cinayət işinin başlanmasına səbəb oldu

Göyçayda bazarın köçürülməsi cinayət işinin başlanmasına səbəb oldu

Virtualaz.org-da Göyşayda fəaliyyət göstərən bazarın köçürülməsi ilə bağlı yazı dərc edildikdən sonra redaksiyamızla əlaqə saxlayan Göyçay Rayon İcra Hakimiyyətinin başçısının Göyçay şəhəri üzrə nümayəndəsi Rəşad Şükürov bildirib ki, sözügedən bazar iş adamı Arif Əliyevin özəlləşdirdiyi avtobazanın ərazisində fəaliyyət göstərib və qeyri-qanunidir.

Məmur qeyd edib ki, bu obyekt hərbi strateji əhəmiyyət daşıyır və onun hansı şəraitdə özəlləşdirildiyi araşdırılacaq.

Son dövrlərdə rayonda aparılan abadlıq işləri çərçivəsində Göyçayda müasir tələblərə cavab verən bazar tikilib və ticarətçilərə fəaliyyətlərini orada davam etdirmələri bildirilib.

Buna baxmayaraq, Arif Əliyev qadınları irəli verərək, təxribata əl atıb və köhnə bazarı boşaltmağa mane olub.

Mənbənin bildirdiyinə görə, Göyçay Rayon Prokurorluğu avtobazanın səhmdarlarının şikayəti əsasında Arif Əliyevin barəsində cinayət işi qaldırıb və obyektin özəlləşdirilməsinin qanuniliyi araşdırılacaq.

*   *   *12:20

Göyçay Rayon İcra Hakimiyyəti rayonun mərkəzi bazarını bağlayıb. İllərdir burada ticarətlə məşğul olan şəxslərə icra başçısının yeni açdığı bazara köçmək təklif olunub. Lakin bu təkliflə və şərtlərlə razılaşmayan ticarətçilər bu gün səhər bazarın daşla hörülən qapısını dağıdıblar.

Bu barədə virtualaz.org-a şikayətçilər özləri məlumat veriblər. Onların sözlərinə görə, icra başçısının göstərişi ilə öz yerlərindən məcburi şəkildə çıxarılırlar: “Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonda digər bir ünvanda təzə bazar açıb və bizə də hələ bir neçə ay əvvəldən ora köçmək təklif olunub. Amma orda alver eləmək bizə sərf eləmir. İllərdir burada ticarətlə məşğuluq, yerimizdən narazılığımız yoxdur. Dünən axşam da gətirib bazarın girişini daşla hörüblər. Biz niyə öz yerimizdən didərgin düşməliyik ki?”, – deyə sakinlər şikayət edirlər.

Şikayətçilər bildirirlər ki, dəfələrlə icra hakimiyyətinə etiraz etsələr də, onları dinləyən olmayıb. Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gəlsələr də, şikayətçilər onları qovublar.

Problemi araşdırmaq üçün Göyçay Rayon İcra Hakimiyyətinin birinci müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətovla əlaqə saxlasaq da, heç bir məlumat əldə edə bilmədik. Məlum oldu ki, rayonda baş verən proseslərdən icra hakimiyyətində xəbərsizdirlər. “Mənim bu barədə heç bir məlumatım yoxdur”, – deyə icra rəsmisi bildirdi.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın