Bazar , Noyabr 29 2020
Ana səhifə / Araşdırma / “Görüşə gəlməsən, videonu sosial şəbəkədə yayacağam” – Dəhşətli qətlin təfərrüatı

“Görüşə gəlməsən, videonu sosial şəbəkədə yayacağam” – Dəhşətli qətlin təfərrüatı

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Sadiq Əliyev (cinayət işində həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin adı şərti verilib- H.Z.) özündən 10 yaş böyük Elmir Sədiyevi bıçaqlayaraq öldürüb. Təqsirləndirilən şəxslı mərhum qonşu olublar.

Teleqraf.comxəbər verir ki, Elmir Sədiyev 2011-ci ilin noyabr ayından başlayaraq özündən 10 yaş kiçik Sadiq Əliyevlə cinsi əlaqədə olub. Ona qarşı əxalqsız hərəkətlər edib, bunu da videoya çəkib.

Seksual hərəkət

İstintaq sənədlərinə görə, Elmir həmin aydan başlyaraq bir neçə gündən bir Sadiq Əliyevlə cinsi əlaqədə olub, ona qarşı müxtəlif seksual hərəkətlər edib. Amma Elmirin bu hərəkətlərindən Sadiq bezməyə başlayıb. Bu zaman isə Elmir Sədiyev şantaja keçib.

Növbəti dəfə Elmir Sədiyev qonşusu Sadiq Əliyevə 2012-ci ilin aprelin 11-də onunla cinsi əlaqədə olmağı təklif edib. O, Sadiq Əliyevi Yasamal rayonu, N.Nərimanov küçəsindəki evlərdən birinə çağırıb.

Şantaj

Amma Sadiq Əliyev onun çağırdığı ünvana gəlməkdən imtina edib. Bu zaman Elmir Sədiyev telefonunda Sadiq Əliyevin əxlaqsız hərəkətlər etməsi barədə çəkdiyi videonun olduğunu xatırladıb.

Elmir özündən 10 yaş kiçik qonşusunu istədiyi yerə gəlmədiyi halda, həmin videonu sosial şəbəkələrdə, dost-tanış, qohum-qonşu arasında yayacağı ilə hədələyib. Sadiq Əliyev Elmirin bu hərəkətindən həddətlənib və onu öldürmək qərarına gəlib.

Qisas

Sadiq Əliyev evlərindən çıxanda özü ilə cib bıçağı da götürüb və Elmirin dediyi ünvana gəlib. Həmin vaxt Elmir onunla cinsi əlaqədə olmaq üçün soyunub və Sadiqə də soyunmağı təklif edib.

Sadiq də soyunaraq Elmirdən bir qədər gözləməsini istəyib və digər otağa keçərək gödəkçəsinin cibində olan bıçağı götürüb. Bıçaqla silahlanan Sadiq geri qayıdıb.

Qətl və iz itirmə

O, Elmir Sədiyevi öldürmək məqsədi ilə əlindəki bıçaqla onun qarın və döş qəfəsi nahiyələrinə səkkiz dəfə zərbə vurub. Zərbə alan Elmir Sədiyev qan içində çarpayının üstünə yıxılıb. Elmirin öləcəyinə əmin olan Sadiq seksual xarakterli hərəkətlərinin “Samsung Galaxy” markalı mobil telefon cihazına yazdığını ehtimal edib.

Buna görə də Sadiq həmin telefonu götürərək, yaddaşışında olan seksual videoyazıları və ismarıcları pozub.

165 manatlıq oğurluq

Sadiq Elmir Sədiyevin şalvarının cibində olan mobil telefonu götürərkən, orada 165 manat pul aşkar edib. O, həmin pulu götürərək hadisə yerini tərk edib.

Yaralı vəziyyətdə olan Elmir Sədiyev iş yoldaşları tərəfindən həmin gün saat 16.30 radələrində hadisə baş vermiş mənzildə aşkar edilib. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Elmir Sədiyev həmin gün saat 17.30 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Sadiq Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 177.1-ci (oğurluq) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Sadiq Əliyevin müdafiəçisi apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Sadiq Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin edilməyib.

Bundan sonra eyni tələblə Sadiq Əliyevin müdafiəçisi Ali Məhkəməyə üz tutub. Ali Məhkəmədə işə baxan hakim heyəti də Sadiq Əliyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı kasasiya şikayətini rədd edib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın