Cümə , Noyabr 27 2020
Ana səhifə / Araşdırma / Goranboyda sərxoş sürücü xəstəxananın pəncərələrini qırdı – VİDEO

Goranboyda sərxoş sürücü xəstəxananın pəncərələrini qırdı – VİDEO

Goranboy rayon Mərkəzi Xəstəxanasında sərxoş şəxsin iştirakı ilə insident yaşanıb.

Bakı-Qazax magistralında hüquq-mühafizə orqanlarının saxladığı Bakı sakini 34 yaşlı Anar Zeynalov sərxoş olub-olmaması üçün xəstəxanaya gətirilib.

Lakin həmin şəxs tibb müəssisəsində işçilərə etiraz edib və onlarla əlbəyaxa olub. İnsident nəticəsində Anar Zeynalov tibb işçilərinə xəsarət yetirib. Bununla kifayətlənməyən sərxoş sürücü  xəstəxananın pəncərələrini də qırıb. Hadisə yerinə dərhal polis çağırılıb. Anar Zeynalovun ağır dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın