Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Goranboyda 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri – VİDEO

Goranboyda 6 nəfərin yaralandığı dəhşətli qəzanın görüntüləri – VİDEO

Goranboy rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub.

ARB TV xəbər verir ki, Dəliməmmədlidə “VAZ 2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub.

Qəza zamanı yaralananlar – “VAZ-21015” markalı avtomobilin sürcüsü Gəncə şəhər sakini 28 yaşlı Vüqar Əliyev, “VAZ 2106”-nın sürücüsü Goranboy rayon Qaradağlı kənd sakini 35 yaşlı Baris Mövlayev, həyat yoldaşı 32 yaşlı Sveta Mövlayeva, qızları 11 yaşlı Əfsanə və 8 yaşlı Aysel, eləcə də sərnişin 32 yaşlı Mürvət Cəfərov Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralılara tibbi yardım göstərilib. Uşaqlar Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına, Sveta Mövlayeva ambulator müalicəyə buraxılıb. Digər 3 yaralının vəziyyəti isə orta-ağırdı.

Yaralılar daha sonra öz istəkləri ilə Gəncədəki özəl xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın