Ana səhifə / Araşdırma / Gömrükçülər Bakıda İsrail vətəndaşını niyə saxlayıblar?

Gömrükçülər Bakıda İsrail vətəndaşını niyə saxlayıblar?

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, onun üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Virtualaz.org-un xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) bununla əlaqədar bildirir ki, 18 may 2017-ci il tarixində J 2021 sayılı Bakı-Təl-Əviv aviareysi ilə Azərbaycandan İsrail dövlətinə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn İsrail dövləti vətəndaşı Aleksander Qorenşteyn “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin üzərində olan və gömrük orqanına əvvəlcədən mütləq qaydada yazılı formada bəyan etməsi tələb olunan xarici valyutanı gömrük orqanına bəyan etməyib: “Aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasını keçərkən hərəkətləri şübhə doğurduğu üçün Aleksander Gorenşteyn gömrük əməkdaşları tərəfindən saxlanılıb və sorğu-sual zamanı o əynindəki şalvarın iç hissəsində 10000 ABŞ dollarının olduğunu bildirib. Şəxsi yoxlama zamanı isə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Aleksandr Gorenşteynin əynindəki şalvarın ön tərəfdən iç hissəsinə sonradan tikilmiş sağ və sol ciblərdə gömrük nəzarətindən gizlədilən 33000 ABŞ dolları və üzərində olan pul qabından gömrük orqanına bəyan etmədiyi 2000 ABŞ dolları və cəmi 35 000 ABŞ dolları aşkar edilərək götürülüb. Ölkə ərazisinə gətirilməsini təsdiq edən sənəd, eləcə də yazılı bəyannamə təqdim edilmədiyindən qeyd edilən əməl gömrük orqanı tərəfindən külli miqdarda xarici valyutanın Azərbaycanın gömrük sərhədindən düzgün bəyan edilməməklə və gömrük nəzarətindən gizli keçirilməsi kimi qiymətləndirilərək müvafiq protokol tərtib edilib”.

Faktla bağlı araşdırma aparılır.

*   *   *11:36

Dövlət Gömrük Komitəsi (DGK) ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi xəbərinə münasibət bildirib.

DGK-dan virtualaz.org-a verilən məlumata görə, İsrail vətəndaşının üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatlar həqiqətə uyğun deyil.

Məlumatda bildirilir ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu videoçəkilişdən görmək olar.

Fakt üzrə daha ətraflı məlumat veriləcək.

Virtualaz.org

Həmçinin oxuyun

İntihar edənlər İsmayıl Allahverdiyevin arvadı və qızıdır

Bakı Şəhər Prokurorluğu ana ilə qızının intiharı ilə bağlı məlumat yayıb. “Qafqazinfo”ya daxil olan məlumatda …

Bir cavab yazın