Ana səhifə / Araşdırma / Gömrük Komitəsinin əməkdaşları məhkəmə zalında həbs edildi – 26 il

Gömrük Komitəsinin əməkdaşları məhkəmə zalında həbs edildi – 26 il

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə təqsirləndirilənlərdən Türkmənistan vətəndaşı olan Aman Muhamməd Baylyyevə 1 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Gömrük Komitəsinin əməkdaşlarından Neman Abbasov 9 il, digərləri – Adil Kazımov və Muxtar Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs bu günə kimi zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.

DGK-nın digər əməkdaşı Aytəkin Tağıyeva və qızıl alveri ilə məşğul olan Ziyafət Qurbanova 6 il şərti cəza verilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın