Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Göyçənin tarixi haqqında – I hissə

Göyçənin tarixi haqqında – I hissə

Göyçə mahalı haqqında ilk yazılı mənbə e.ə. IX-VII əsrlərdə mövcud olmuş Urartu mənbələrində rast gəlinir.( mixi yazılar). Y.Yusifov yazır: “e.ə.Vll əsrdə l Argişti Etiuni ölkəsinə daxil olur.Etiuni Göyçə gölünün cənubunda yerləşən ,kuman və basar türk tayfalarının yaşadıqları geniş bir əraziyə verilən addır. Etiunidə yaranmış siyasi birləşmələrə ayrı-ayrı hökmdarlar başçılıq edirdi.

I Argişti Göyçə gölünün bir hissəsini Uduri Etiuni adlandırdı və böyük bir qənimətlə geri qayıtdı .” XlX əsrin ikinci yarısında Göyçə gölü sahilində bir neçə yazılı daş abidə aşkar edilmişdir. Məzmunu gah erməni,gah da gürcü dili əsasında izah etməyə çalışdılar,amma bu yazının qafqaz dillərinə ( çeçen,inquş,və.s) mənsub olduğu aşkarlanmışdır. Urartu hökmdarı l Russa (e.ə.730 -714)dövlətin qüdrətini qaytarmaq üçün Göyçə gölü ətrafında 23 qalanı və hökmdarını əsir aldı.Zəbt olunmuş ərazilərdə iki şəhər qalası saldırdı və onlara TEYŞEBA və HALDİ allahlarının adını verdi.

Göyçədə tapılan II türk yazılı abidəsi.

İlk dəfə “Böyük Ərməniyyə”dövlətini quran və qonşu ölkələrin torpaqlarını zəbt edib Ərməniyyə dövlətinə qatan Ərtaş (Artaşes,Artaksi) haqqında ( e.ə.189-160) Strabonun yazıları böyük istinaddır. XX əsrin əvvələrində Göyçə gölünün qərb və şərq hissəsində ,üzərində yazısı olan sərhəddə qoyulan daşlar tapılmışdlr. (Sonralar bir neçəsi də Zəngəzur mahalında tapılmışdır. Aramey hərifləri ilə yazılmış həmin yazıları aramey,pers,hay,udi dillərində oxumaq istəkləri heç bir nəticə verməmişdir.

Ermənistan Elmlər Akademiyasında saxlanan həmin bəlgə daşları Göyçə gölü yaxasında qədim əhali haqqında verdiyi bilgi çox önəmlidir. Artaşın göstərişi ilə iki sahə arasındakı sınırda qoyulmuş və 2000 ildən çox torpaq altında qalmış məhz daşlar üzərindəki bu yazı həm də türk dilinin ən qədim ikinci ( birinci Lemin yazılarıdır) yazı nümunəsidir. Mətnin yazısı belə oxunur: Artaşes məlik birəyi ( mərzi) yeridir. Buraya qonduruldu.

Şahlar Hacıyev, tarixçi-araşdırmaçı

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …