Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Geyəm, həbsdə kişilərin arasında qalmaq çətindir” – Qadın alverçisi

“Geyəm, həbsdə kişilərin arasında qalmaq çətindir” – Qadın alverçisi

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək həbs edilən Türkiyə vətəndaşı Suat Yıldızın ölkəsinə ekstradisiya olunması məsələsinə baxılıb.

” Azinforum.az ” Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ölkəsinə göndərilməsini istəyən S.Yıldız məhkəmədən xahiş edib: “Mən geyəm. Bakıda həbsxanada, kişilərin arasında qalmaq çox çətindir. Öz ölkəmə getmək istəyirəm. Anam da xəstədir. Azərbaycanda olmaq mənə hər baxımdan pisdir”.

Məhkəmə Suat Yıldızın öz ölkəsinə ekstradisiya edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, S. Yıldız Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın