Ana səhifə / Araşdırma / Generalların bazarı müzakirə edildi – Akif Çovdarovun məhkəməsi

Generalların bazarı müzakirə edildi – Akif Çovdarovun məhkəməsi

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 8-ci kilometr bazarı (“Vosmoy” bazarı) epizodu üzrə sənədlər tədqiq edilib.

Bildirək ki, bazarın 50 faizi A.Çovdarova, digər 50 faizi isə Eldar Mahmudovun müavini olmuş general Hilal Əsədovun arvadına aıddir.

Bu epizod üzrə zərərçəkmişlərin, təqsirləndirilən şəxslərin və vəkillərin fikirləri dinlənilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

 

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın