Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Generalların ailə üzləri də məhkəməyə gətiriləcək

Generalların ailə üzləri də məhkəməyə gətiriləcək

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmişlərin və şahidlərin adları məlum olub.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxslərin siyahısında “8-ci km” bazarının keçmiş sahibi Səfərov Cəfər Qürbət oğlu, onun qardaşı Səfərov Salman Qürbət oğlu, Əzimov Akif Mirzə oğlu, Novruzov Əyyub İsmayıl oğlu, Qurbanov Şahmar Sərdar oğlu, “Real” MTK tikinti şirkətinin həbsdə olan rəhbəri İlham Qasımov, onun oğlanları Nurlan və Lətif, onun qardaşı İslam Qasımov, Mirzəyev Tahir Əliş oğlu, Orucov Namiq Xudakərim oğlu, Quliyev Gülağa Məhərrəm oğlu, İbrahimov Tofiq Telman oğlu (Rusiya Federasiyasında yaşayır), “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov şəriklərindən biri olduğu deyilən, hazırda həbsdə olan biznesmen Quliyev Azər Cəlil oğlu, İmanov Şehman Məlik oğlu, Tağıyev Sədiyar Mübariz oğlu, Aşurbəyov İlqar Əziz oğlu, MTN-nin sabiq əməkdaşı Rəcəbov Tofiq Zəbulla oğlu, Bakı Metropolitenin keçmiş sədri Tağı Əhmədov, onun qardaşı oğlu Şövqü Əhmədov, onların qohumları Elşən Tağıyev, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Şükürov Əşrəf Xancan oğlu, Kürdəmir RİH-in keçmiş başçısı Məlikov Fəxrəddin Süleyman oğlu və digərlərinin adları var.

Milli təhlükəsizlik nazirinin müavini olmuş general Hilal Əsədov, onun həyat yoldaşı Nüşabə Əsədova, Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızı Aidə Çovdarova, Akif Çovdarovun qohumu olduğu bildirilən Qulu Cəfərov və digərləri isə sözügedən cinayət işi üzrə Sabunçu rayon Məhkəməsində keçirilən prosesə çağırılaraq şahid qismində ifadə verəcəklər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın