Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / Generalın villasından oğurlanan külli miqdarda qızılın və qulluqçunun taleyi…

Generalın villasından oğurlanan külli miqdarda qızılın və qulluqçunun taleyi…

Generalın evindən 2015-ci ildə edilən oğurluqla bağlı aparılan araşdırmalar davam edir. Generalın evindən qızıl oğurlamaqda təqsirləndirilən qulluqçunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Musavat.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin evindən çemodandakı qızılları oğurlamaqda təqsirləndirilən şəxs həmin villada qulluqçu işləmiş Sədaqət Məmmədovadır.

2015-ci ildə hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmiş, sonra isə ev dustaqlığına buraxılmışdı. Çünki onun törətdiyi deyilən oğurluq əməlini sübut edən kifayət qədər faktlar yox idi.

Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinən S.Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Rahib Salmanov sədrlik edir.

Sonuncu iclasda jurnalistlər məhkəmə zalından çıxarılıb. Buna səbəb zərərçəkmiş şəxsin müdafiəçisinin etirazı olub. Vəkil jurnalistlərin məhkəmə zalına buraxılmamasını istəyib. Hakim isə vəkilin istəyini yerinə yetirib və jurnalistlər zaldan çıxarılıb.

Məlum olub ki, məhkəməyə işdə adı keçən generalın gəlməsi məsləhət bilinməyib. Ötən prosesdə təqsirləndirilən S.Məmmədova generalın da məhkəmədə ifadə verməsini istəyib. Amma zərərçəkmiş tərəfin işə general olmadan baxılmasını istəyib. Məhkəmə yenə də vəkilin istəyini təmin edib.

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Qeyd edək ki, oğurluq hadisəsi general Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın adına olan İzzət Həmidov küçəsi ev 7, mənzil 8-də baş verib. General da anasının adına olan həmin villada yaşayır.

Generalın anası oğurluq hadisəsindən bir neçə ay sonra dünyasını dəyişib. Mərhuma məxsus mənzildən ümumi dəyəri 160 min manata yaxın qızıl-zinət oğurlandığı qeyd edilir. Oğurlanan qızıl-zinət əşyalarının mərhuma məxsus olduğu bildirirlir.

Sədaqət Məmmədova isə oğurluq hadisəsində generalın kürəkəni Ramin Qədirovdan şübhələnir. S.Məmmədova məhkəmə prosesində də bunları dilə gətirmişdi. S.Məmmədova əsas olaraq isə göstərir ki, oğurluq hadisəsindən əvvəl Ramin Qədirov Böyükxanım Əkbərovadan 200 min pul istəyib. Generalın anası isə Ramin Qədirova 4 min manat verib. Həmçinin Ramin Qədirov arvadının ondan xəbərsiz ev aldığından xəbər tutub və intiqam almaq istəyib.

S.Məmmədova həbsdən azad edildikdən sonra mətbuata açıqlamasında deyib ki, generalın adını bu işdə hallandırmamağa çalışırlar. Onun iddiasına görə, oğurlanan qızıllar generalın olsa da anasının adı çəkilir.

Bildirək ki, bu işdə zərərçəkmiş tərəfin vəkilləri generalın və ailə üzvlərinin adının hallanmaması üçün çalışırlar.

Qeyd edək ki, bu iş üzrə şahid qismində generalın kürəkənləri və qızları da məhkəmədə şahid qismində ifadə verib. Ancaq generalın qızları dindirilərkən məhkəmə prosesi qapalı keçirilmişdi. Məhkəmənin qapalı keçirilməsi ilə bağlı təklifi isə zərərçəkmiş tərəf irəli sürmüşdü.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın