Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / General və adamlarının həbs müddəti uzadıldı

General və adamlarının həbs müddəti uzadıldı

Həbsdə olan generalın həbs müddəti uzadılıb.

Musavat.com xəbər verir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və onunla birlikdə həbs edilən MTN zabitlərinin həbs müddəti artırılıb.

Bir neçə gün sonra hakim qarşısına çıxarılan MTN zabitlərinin həbs müddəti Səbael rayon Məhkəməsinin qərarı ilə daha bir ay artırılıb.

Bildirək ki, general və adamlarının cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu artıq həbs edilən üçüncü qrup MTN zabitlərinin işidir ki məhkəmədə baxılacaq.

Həbsdə olan MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

Onu da əlavə edək ki, MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın