Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / General polis maşınını çəkicləyən şəxsdən danışdı: «Hələ ayılmayıb» – VIDEO

General polis maşınını çəkicləyən şəxsdən danışdı: «Hələ ayılmayıb» – VIDEO

Bakıda sürücünün yol polisi avtomobilinə hücum etməsi ilə bağlı məsələ geniş rezonans doğurub. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov «Qafqazinfo”ya açıqlamasında bildirib ki, yol polisinin avtomobolinə çəkiclə zərər yetirən Şahin Bəylərov saytlarda yazıldığı kimi sürücü deyil:

«Bu adam içkili vəziyyətdə olub, hələ də ayılmayıb. Barəsində artıq cinayət işi açılıb. Onun ayılmağını gözləyirik. Bilinmir ki, hadisəni niyə törədib. Adam Sulutəpədəndir. Hazırda faktla bağlı araşdarma gedir».

General həmçinin qeyd edib ki, sözügedən şəxs dövlət əmlakını ziyan vurduğuna görə məsuliyyətə cəlb olunacaq.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,  dünən saat 14.15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus «BMW» markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib. Hadisəni törədən Ş. Bəylərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın