Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Gəncədə bıçaqlanan qız rəqqasə olub – Açıqlama

Gəncədə bıçaqlanan qız rəqqasə olub – Açıqlama

Gəncədə keçmiş nişanlısı tərəfindən bıçaqlanan qız açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Kəpəz TV-yə danışan zərərçəkən Nuriyyə Cabbarova bildirib ki, o şəhərin şadlıq saraylarından birində rəqqasə işləyir: “Dəfələrlə məni təhdid edirdi, axtarırdı, vururdu. Bu gün də toydan, işdən çıxırdım, bir yer var, oradan anama kətə almağa getmişdim. Oradan çıxanda iş yoldaşım Samir maşınla məni evə aparmaq istədi, o da gəldi, maşının qapısını açdı, mənə yumruq vurdu. Mən üzümü çəkəndə qolunda bıçaq gizlətmişdi, üzümdən vurmaq istəyəndə maşından o tərəfə keçdim və qıçımdan vurdu”.

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.

Həkim Mehman Hüseynov bildirb ki, qızın sağ baldırının ön iç hissəsinin orta üçdə birinin deşilmiş, kəsilmiş yarası olub: “Xəstənin ümumi vəziyyəti stabildir, hal-hazırda şöbəmizdədir, yardım olunub. Həyatına qorxu yoxdur”.

Xatırladaq ki, dünən baş verən bıçaqlanma hadisəsi şəhərin Cavadxan küçəsində, kafelərin birinin qarşısında olub. Şəhər sakini, 20 yaşlı Nuriyyə Cabbarova kafedən kətə alıb tanışının avtomobilinə minmək istiyərkən keçmiş nişanlısı Oruc Quliyev onu görüb. O, dərhal Nuriyyə Cabbarovaya yaxınlaşıb və münaqişə zamanı onu bıçaqlayıb.

Hadisə yerindən qaçan Oruc Quliyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. O. Quliyev də restoranda rəqqas işləyib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın