Ana səhifə / Araşdırma / Gədəbəy meşələrini “işğal” edən “Boss Həmid” kimdir?

Gədəbəy meşələrini “işğal” edən “Boss Həmid” kimdir?

Ekologiya nazirliyi susur, qardaşların isə dövlətə qarşı fəaliyyəti genişlənir

Realliqinfo.org – un redaksiyasına daxil olan məlumatda bildirilir ki, Gədəbəy meşələri bir neçə şəxs tərəfindən zəbt olunub. Meşələri “işğal” edən şəxsləri araşdıran sayt həmin şəxslərin kimliyinə də aydınlıq gətirə bilib.
Rayonda meşələrə qənim kəsilən və Ekologiya nazirliyinin razılığı ilə yaşıllıqları məhv edən şəxslər əslən Gədəbəyin İvanovka kəndindən olan Həmid – Ramiz qardaşlarıdır. Onların meşələrə sahib çıxmasının nəticəsidir ki, ağacların soyqırımı həyata keçirilir. Realliqinfo.org saytı bu yöndə araşdırmalarını davam etdirir və qısa zamanda daha ətaraflı məlumat verəcəyik.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasovun himayə etdiyi bu qanunsuzluq rayon sakinlərinin etirazına səbəb olmaqdadır. Lakin realliqinfo.org dəfələrlə Söhrab Abbasovun fəaliyyətindəki nöqsanlarla bağlı faktları ictimailəşdirsədə Ekologiya nazirliyi susmaqla baş verənlərə şərait yaratmaqdadır.
Gədəbəy meşələrini “işğal” edən “Boss Həmid” kimdir?
Qeyd etdiyimiz kimi Həmid və Ramiz qardaşları əslən Gədəbəydən olsalarda Bakıda daha yaxşı tanınırlar. Bir müddət öncə “Meridian” şadlıq sarayında baş verən xoşagəlməz hadisə də qardaşları gündəmə gətirmişdi. Ötən ilin iyul ayının 29 –da baş verən cinayət hadisəsi sonralar araşdırılmamış saxlanıldı və qardaşlar bu dəfə də qanunsuz əməllərindən yaxa qurtara biliblər.

O vaxt Realliqinfo.org –un verdiyi məlumatda qeyd olunurdu ki, iyulun 29-da “Meridian” şadlıq sarayında Qazaxıstanda yaşayan Gülmalıyev Mərdan adlı azərbaycanlı iş adamı oğluna toy məclisi düzəldib. Toy məclisinin başlamasından bir saat keçməmiş ara qarışıb. Belə ki, Mərdanın qardaşı oğlu ilə şadlıq sarayının sahibi arasında yaranmış mübahisə sonra kütləvi davaya çevrilib. “Meridian” şadlıq sarayının sahibi Ramizin göstərişi ilə Mərdan və onun qardaşı oğlu, eləcədə digər qohumları döyülüb. Ağır xəsarətlər alan toy sahibləri xəstəxanaya yerləşdirilib.
Toy məclisini dağıdan və toy sahibinə ağır xəsarətlər yetirən şəxslər Ramizin Rusiyadan gətirdiyi idmançılar olub. Nizami rayon polis şöbəsində hadisə ilə bağlı araşdırmalar başlayıb. Saytın araşdırmalarına görə “Meridian” şadlıq sarayının sahibi Ramiz, Rusiyadan gətirdiyi “qoçu”larını istintaqdan gizlədib.
Gədəbəy meşələrini “işğal” edən “Boss Həmid” kimdir?
Baş vermiş hadisə ilə bağlı araşdırma aparan Realliqinfo.org saytının əməkdaşına məlum olub ki, Gülmalıyev Mərdan, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun vəzifəli şəxslərindən biri olmaqla yanaşı iş adamıdır və böyük biznesə sahibdir. Onun oğluna Azərbaycanda toy etmək arzusu isə “Meridian” şadlıq sarayının rəhbərliyinin “qoçu”luğu nəticəsində yarımçıq qalıb.

Hadisənin səbəbini araşdıran saytın əməkdaşları maraqlı faktlarla rastlaşıblar. Belə ki, “Meridian” şadlıq sarayının sahibi Ramiz və onun qoçuları ilk dəfə deyilmiş ki, belə cinayət törədiblər. Ramizin bütün qanunsuz istəklərini həyata keçirən rusiyalı qoçular dəfələrlə həbs olunmaqdan yayına biliblər. Bunun səbəbini araşdıran əməkdaşımıza məlum olub ki, Ramizin qardaşı “Boss Həmid” kimi tanınan şəxs Bakıda “Komfort” adı ilə tanınan obyektlərin – mağaza, restoranlar, mebel salonları, şadlıq sarayları və digər bu kimi şəbəkənin sahibidir. Bos Həmidin əlaqələrindən istifadə edən “Meridian Ramiz” paytaxtda bir sıra xoşagəlməz olaylardan yayına bilib.
Həmin hadisədən sonra hamı qoçuluq edənlərin cəzalandırılacağını düşünsədə, nəticə gözlənilən olmayıb. “Boss Həmid”in dostları və əlaqələri növbəti cinayət hadisəsinin də ört-basdır edilməsinə şərait yaradıb.

Hazirda böyük qanunsuz biznes şəbəkəsinə malik Həmid – Ramiz cütlüyünün Bakının Nizami, Xətai və Xəzər rayonlarındakı fəaliyyətləri diqqəti cəlb edir. Qanusuz obyekt tikintisi, vergidən yayınmalar və yaşıllıqların Ekologiya nazirliyindəki himayədarların dəstəyi ilə məhv edilməsi kimi faktları cəmləşdirən fəaliyyətin arxasında dayananların himayədarının kimliyi də marağımıza səbəb oldu. Realliqinfo.org – un araşdırmalarından məlum olur ki, “Boss Həmid”i himayə edən və onunla şəriklik edən daha bir yüksək vəzifəli məmur var. Həmin məmurun kimliyi və Həmid –Ramiz qardaşlarının dövlətin maraqlarına zidd olan Rusiya əlaqələri barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.
Realliqinfo.org

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …