Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Gənclik Mol”da kütləvi dava – 6 bıçaq zərbəsi

“Gənclik Mol”da kütləvi dava – 6 bıçaq zərbəsi

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Gənclik Mol” ticarət mərkəzinin giriş qapısının önündə kütləvi dava düşüb.

Report-un xəbərinə görə, “Gənclik Mol” ticarət mərkəzindən çıxan 27 yaşlı Namiq İsmayılov bir neçə şəxsin hücumuna məruz qalıb. Əlbəyaxa dava zamanı N.İsmayılova 6 bıçaq zərbəsi vurulub. N.İsmayılov qanaxmadan huşunu itirib. O, taksi sürücüsünün köməkliyi ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, N.İsmayılovun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın