Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Gənclik Mall” rəhbərliyindən qəza ilə bağlı – Açıqlama

“Gənclik Mall” rəhbərliyindən qəza ilə bağlı – Açıqlama

“Gənclik Mall” rəhbərliyi bu gün səhər saatlarında ticarət mərkəzində baş vermiş qəza ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan açıqlamada qeyd olunub ki, yeni il dekorasiyalarının uçması nəticəsində “Gənclik Mall” ərazisində xəsarət alan olmayıb: “Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır və nəticələri aradan qaldırılıb. “Gənclik Mall” adi qaydada işini davam etdirir və narahatçılığa heç bir əsas yoxdur”.

Xatırladaq ki, bu gün səhər saatlarında “Gənclik Mall”da binanın tavanından asılmış qalın plastik materialdan hazırlanan nəhəng yeni il şarlarından bir neçəsi qoparaq yerə düşüb. Xoşbəxtlikdən səhər saatları olduğundan ticarət mərkəzində az insan olub və bu səbəbdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Şarların yerə düşərək çilik-çilik olması insanlar arasında təşviş yaradıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın