Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Gənclər nazirliyində 108 min manatlıq pozuntu

Gənclər nazirliyində 108 min manatlıq pozuntu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətində maliyyə nöqsanları müəyyən edilib.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Hesablama Palatasının 2017-ci il üzrə fəaliyyəti barədə hesabatda əks olunub.

Ötən il aparılan yoxlamalar nəticəsində aşkar olunub ki, nazirlikdə əməkhaqqının ödənilməsi üzrə 10 433,6, ezamiyyə xərcləri üzrə 49,6, satınalmalar üzrə 13 475, tədbirlərin keçirilməsi üzrə 48 379,7, digər xərclər üzrə 35 696,6 və vergi, rüsum, və s. ödəmələr üzrə 323,6 olmaqla, ümumilikdə 108 358,1 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamalar nəticəsində vəsait dövlət büdcəsinə bərpa etdirilib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …