Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Araşdırma / Gəncədə sərxoş oğul anasını şüşə butulka ilə döydü

Gəncədə sərxoş oğul anasını şüşə butulka ilə döydü

Gəncədə döyülmə faktı qeydə alınıb.

“ARB TV”dən Azinforum.az – a verilən məlumata görə, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

68 yaşlı Lyudmila Səfərova oğlu tərəfindən vəhşicəsinə döyülüb. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, qadının oğlu alkoqol düşkünüdür və o, spirtli içkini qəbul etdikdən sonra onun şüşə qabı ilə anasını döyüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın