Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Gəncədə məsciddə xüsusi əməliyyat: 26 nəfər saxlanıldı, Daxili Qoşunlar məscidi mühasirəyə aldı (Video)

Gəncədə məsciddə xüsusi əməliyyat: 26 nəfər saxlanıldı, Daxili Qoşunlar məscidi mühasirəyə aldı (Video)

Bu gün günorta saatlarında Gəncədəki Şah Abbas məscidində dindarların kütləvi saxlanılması ilə müşaiyət olunan əməliyyat keçirilib.

Şəhər sakinlərindən virtualaz.org saytına daxil olan xəbərlərə görə, polis və xüsusi təyinatlılar məscidə basqın edərək cümə namazını qadağan ediblər. Bir qrup dindar saxlanılıb. Onlardan bir neçəsi daha sonra buraxılıb.

Buraxılan dindarların bildirdiyinə görə, onlara deyiblər ki, məsciddə namazı Şeyxülislam Allahşükür Paşazadə qadağan edib.

Gəncə şəhər Baş Polis İdarəsindən isə APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.
Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın