Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Araşdırma / Gəncə şəhərinin 16 nömrəli məktəbi şagirdin ölümü barədə

Gəncə şəhərinin 16 nömrəli məktəbi şagirdin ölümü barədə

Gəncə şəhərinin M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbi 1-ci sinif şagirdi Xədicə Hətəmlinin ölümü ilə bağlı məlumat yayıb.

Məktəbdən “Report”a bildirilib ki, bu gün 12:30 radələrində şagirdin halı pisləşib və qıcolma keçirib.

“Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub. Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik”, – deyə məlumatda bildirilib.

*   *   *14:53

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, 16 nömrəli orta məktəbin şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. İlkin ehtimallara görə, 6 yaşlı qız xəstəlikdən ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib. Hazırda onun ölüm səbəbləri araşdırlır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar

ikinci Qarabağ savaşı 44 günlük vətən müharibəsi, ərəfəsində bəzi, tanınmışların, məmurların övladları öz keflərində, biznesləri …