Bazar ertəsi , May 20 2024
Ana səhifə / Araşdırma / Gəncə Dövlət Universitetinin 4 milyon manatdan çox “alış-veriş” siyahısı – Son iki ilin müəmmaları

Gəncə Dövlət Universitetinin 4 milyon manatdan çox “alış-veriş” siyahısı – Son iki ilin müəmmaları

Hesablama Palatası, Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin Gəncə Dövlət Universitetinin Maliyyə şöbəsinin yoxlanıması yazılanlarla bağlı araşdırmaya başlamalıdır.

Yusif Yusubovun rektoru olduğu Gəncə Dövlət Universiteti təhsildən çox, tenderləri ilə diqqət çəkən ali təhsil ocaqlarından biridir.

Sözügedən Universitet hər il əsaslı təmir və bir neçə aydan bir abadlıq işləri üçün xeyli miqdarda tender elan edir.

Nəzərinizə çatdıraq ki, GDU-nin rektoru Yusif Yusifov, Maliyyə Nazirinin müavini Cavanşir Yusifovun qardaşıdır.

Əldə etdiyimiz məlumatlara gürə, Yusif Yusifovun Maliyyə yoxlamasından təmiz çıxartmaqda qardaşının təşəbbüsü olubdur.
Amma göz qamaşdıran Tenderlər inanılmaz məbləğdə olduğundan, onun səmərəli xərclənməsi şübhə doğurur.

Son 2 ildə GDU-nun 4 milyon manatdan çox olan “alış-veriş” siyahısını təqdim edir.

2023-cü ildə yüklü miqdarda məbləğə bağlanmış tender müqavilələrinin bəzilərinin SİYAHISI:

19 saylı Tikinti Təmir İdarəsi” MMC
Gəncə Dövlət Universitetinin 5 saylı korpusunun 2 mərtəbəli tədris binasının əsaslı təmiri işlərinin satınalınması

Məbləğ:
2.124.480,82 AZN
Qalib şirkətin nizamnamə kapitalı 10 Azn, qanuni təmsilçisi LOĞMAN ASLANOV FƏRƏC oğludur.

“QARDAŞLAR MEBEL” QAPALI SƏHMDAR CƏMİYYƏTİ –
İnventarların satınalınması – Məbləğ: 195.939 AZN

“Qardaşlar Mebel” QSC-nin nizamnamə kapitalı 3050 AZN, qanuni təmsilçisi HÜSEYN MİRZƏYEV MƏMMƏD OĞLUdur.
“STİL555″ Məhdud Məsuliyyətli Cəmiyyəti – Dəftərxana və
təsərrüfat mallarının satınalınması- Məbləğ: 191.135,8 AZN
Nizamnamə kapitalı 10 AZN olan “STİL555” MMC-nin qanuni təmsilçisi MƏHƏMMƏD İBRAHİMOV ƏLİ OĞLUdur.

2022-ci ildə yüklü miqdarda bağlanmış bir neçə tender müqavilələri isə bunlardır:

“QARDAŞLAR MEBEL” QAPALI SƏHMDAR CƏMİYYƏTİ –

İnventarların satınalınması – Məbləğ: 310.796,66 AZN

(Maraqlısı bundadır ki, Universitetə 2022 -2023-cü illərdə “Qardaşlar Mebel” şirkəti ilə eyni məqsədlə müqavilə imzalanıb. Hər iki ildə də müqaviləyə əsasən universitet parta, stul, xalça, müəllim masası, Lövhə markerlə 100×70, və.s kimi inventarlarla təmin olunub.)
“ELVİ.M.M. SERVİCES GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ –
Avadanlıqların satınalınması –

Məbləğ: 378.974,69 AZN
Bildirək ki, nizamnamə kapitalı 834127 AZN olan ELVİ.M.M. SERVİCES GROUP” MMC-nin qanuni təmsilçisi COŞQUN İSGƏNDƏROV FƏXRƏDDİN oğludur.

“ULTRA TECHNOLOGİES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Serverin satınalınması – Məbləğ: 194.551 AZN

Nizamnamə kapitalı 1000 AZN olan bu MMC-nin qanuni təmsilçisi MƏHƏMMƏD ZÜLFÜQARLI ZÜLFÜQAR oğludur.

“ENRIKE” Məhdud Məsuliyyətli Cəmiyyəti – Dəftərxana və təsərrüfat mallarının satın alınması – Məbləğ: 183.606 AZN
“Enrike” MMC nizamnamə kapitalı 10 Azn, qanuni təmsilçisi XOŞBƏXT MƏMMƏDOV MİRZƏ oğludur.

“VEDİ CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti
Gəncə Dövlət Universitetində 2 ədəd istirahət köşkünün, avtonəqliyyat vasitələri üçün talvarın və sanitar qovşağının tikinti
işlərinin satınalınması.

Məbləğ:
90.900 AZN
AQROLAYN QRUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ –
Avadanlıqların satınalınması – Məbləğ: 274.074 AZN
Tenderə əsasən universitet Maşın və avadanlıqları ilə təmin edilib.
Bu şirkətin isə nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi KƏNAN ƏLİYEV MAARİF oğludur.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …