Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Gəlinin toy gecəsi qətlinin – Şok təfərrüatı

Gəlinin toy gecəsi qətlinin – Şok təfərrüatı

Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, 17 yaşlı Səbinə Rəhimova Rusiyada anadan olub və orada yaşayıb.

Onun anası da milliyətcə rus olub. Anası vəfat etdikdən sonra internat məktəbində qalan qız sonradan Xoşqədəm Hidayətqızının verilişi vasitəsi ilə atasını tapıb. Bundan sonra təxminən 1 il əvvəl atası onu Rusiya Federasiyasından Azərbaycana gətirib. Ucar rayonununda Ramil Nəsirov adlı bir oğlanla tanış olub və ailə qurub.

Femida.az-ın məlumatına görə, dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib. Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin al qan içərisində olduğunu görüb. O, gəlini xüsusi amansızlıqla qətlə yetiribmiş. Ağır yaralanmış gəlini xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın