Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Füzulidə ev külə döndü – Bir ailə evsiz qaldı + Fotolar

Füzulidə ev külə döndü – Bir ailə evsiz qaldı + Fotolar

Füzuli rayonunda yanğın hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, rayonun Araz – Dilağarda kəndində Rasim Rəsulova məxsus ikiotaqlı ev yanıb. Şahidlərin sözlərinə görə ev əşyaları ilə birgə tamamilə külə dönüb. Yanğın qısaqapanma nəticəsində baş verib.

Evin sahibi R. Rəsulov “Qafqazinfo”ya deyib ki, 1 ildən artıqdır onun evinə gələn elektrik xəttlərində ciddi nasazlıq vardı: “Bununla bağlı dəfələrlə Füzuli Rayon Elektrik Şəbəkəsinə yazılı və şifahi müraciətlər etmişəm. Sonuncu yazılı müraciətim 15 gün əvvəl olub. Dünən isə idarənin Qəhraman adlı səlahiyyətli şəxsinin yanında olmuşam. Mən idarədən mütəxəsislərin gəlib elektrik naqillərinə nəzarət etmələrini, nasazlığı aradan qaldırmalarını xahiş etmişəm. Amma hər dəfə qulaqardına vurdular. Nəticədə də bütün ev-eşik yandı”.

R. Rəsulov Rayon Elektrik Şəbəkəsinin məsuliyyətsizliyi haqda məhkəməyə müraciət edəcəyini də bildirib.

Füzulidə ev külə döndü  -  Bir ailə evsiz qaldı + Fotolar
Füzulidə ev külə döndü  -  Bir ailə evsiz qaldı + Fotolar
Füzulidə ev külə döndü  -  Bir ailə evsiz qaldı + Fotolar
Füzulidə ev külə döndü  -  Bir ailə evsiz qaldı + Fotolar

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın