Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / “Formula-1” rəhbərinin qaynanasını qaçırdılar

“Formula-1” rəhbərinin qaynanasını qaçırdılar

“Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri, milyarder Berni Ekklstounun qayınanası Braziliyada qaçırılıb.

Azinforum.az  f-1.az-a istinadən bildirir ki, qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün 120 milyon Braziliya realı (36,5 milyon ABŞ dolları) tələb edilir.

Tələb olunan vəsait Braziliya tarixindəki ən böyük məbləğdir. Qaçırılan Aperiside Şunk “Formula-1”in kommersiya başçısı Berni Ekklstounun 3-cü arvadı Fabiana Flozinin anasıdır. Cütlük 2009-cu ildə Braziliya Qran Prisində tanış olub, 2012-ci ildə evlənmişdi.

Qeyd edək ki, belə bir hal Berninin başına ilk dəfə gəlmir. 2012-ci ildə Martin Pekham Ekklstouna 200 min funt-sterlinq verməsə qızı Tamaranı qaçıracağını bildirmişdi. O, bu hədəyə görə 5 il azadlıqdan məhrum edilmişdi.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın