Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Fikrət Qoca oğlunun qətlindən danışdı

Fikrət Qoca oğlunun qətlindən danışdı

Oğlumun öldürülməsindən xəbərsiz idim.

Bunu Bakipost.az-a xalq şairi Fikrət Qoca deyib.
O bildirib ki, nazirlik məlumat yayana kimi oğlunun yıxılaraq öldüyünü bilib: “Mən oğlumu itirmişəm. Daxili işlər Nazirliyi çox sağ olsun ki, bu məsələyə aydınlıq gətirib. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər 100 adam tutsunlar. Bunun mənə xeyri var?
Əlbəttə ki, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər niyə öldürüb”.
Şair qeyd edib ki, oğlunun hansı səbəbdən öldürüldüyünü bilmir: “Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O, çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə belə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onun nə düşməni ola bilərdi ki!”

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın