Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / FHN-nin agentlik rəhbərinə şikayət – Özbaşına tikinti

FHN-nin agentlik rəhbərinə şikayət – Özbaşına tikinti

Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küç., ev 22 “a”, mən. 3-də yaşayan Əhməd Çingizxan İsax oğlu tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova ünvanlanan məktubun bir surəti Mia.az-a göndərilib.

Mia.az həmin məktubu təqdim edir:

“Xətai rayonu, Kazımağa Kərimov küçəsi 150 “A” ünvanında Saday Əhmədov  özbaşına 4 ədəd 2 mərtəbəli villa və bir neçə 3 mərtəbəli çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə əlaqədar bir neçə dəfə Sizə müraciət etmişdim və həmən tikililərin inşasının dayamdırılması barədə rəsmi cavab almışdım.

Hərçənd ki, 4 ədəd villalar artıq təmir olunub və qeyri-rəsmi yolla satılıb. Lakin 3 mərtəbəli çoxmənzilli binaların inşası çox şükür tərəfinizdən dayandırılımışdır və sevindirici haldır ki, hər gün nümayəndəniz ora gələrək vəziyyətə nəzarət edir.

Mənə xəbər çatmışdır ki, Saday Əhmədov Sizə müraciət edərək o özbaşnalıqlarına rəvac vermək məqsədi ilə müsbət rəy almaq və tikililərin inşasını davam etdirmək istəmişdir. Agentlik isə ona haqlı olaraq rədd cavabı vermiş, qadağanı saxlamışdır.

Bu qanunsuz tikililərin qarşısının alınmasında mənim xidmətim az olmamışdır. Artıq bu qanunsuz tikililərin sökdürülməsi məqsədi ilə məhkəməyə müraciət hazırlayıram ona görə də Saday Əhmədova verilmiş rədd cavabı barədə mənə rəsmi məlumat verməyinizi xahiş edirəm”.

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın