Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / FHN-in zabitinin minaya düşməsi ilə bağlı cinayət işi açılıb

FHN-in zabitinin minaya düşməsi ilə bağlı cinayət işi açılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) zabitinin Ağdamda mina partlayışı nəticəsində xəsarətləri alması fakt üzrə rayon hərbi prokurorluğunda cinayət işi açılıb.

Mia.az Hərbi Prokurorluğa itinadla bildirir, FHN-in zabiti, kapitan Heydərov Süleyman Vaqif oğlunun 2022-ci il mayın 13-də Ağdam rayonunun Abdınlı kəndi ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …