Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Araşdırma / FHN-in yanğınsöndürəni Bakıda ikinci mərtəbədən yıxıldı

FHN-in yanğınsöndürəni Bakıda ikinci mərtəbədən yıxıldı

Yanğın söndürməyə gələn Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşı yanğın baş verən binanın ikinci mərtəbəsindən yıxılaraq bədən xəsarətləri alıb.

Musavat.com xəbər verir ki, saat 23:30 radələrində Sabunçu qəsəbəsində uzun müddətdir tüfeyli həyat tərzi sürən insanların məskən saldığı yarım tikilidə yanğın baş verib. Yanğın tüfeyli həyat tərzi sürən şəxslərin ərazidəki zibilliyi yandırması ilə başlayıb.

Hadisə yerinə gələn FHN əməkdaşları yanğını söndürüb. Yanğın söndürülərkən tikilinin ikinci mərtəbəsinə çıxan FHN əməkdaşlarından biri yıxılaraq bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb və xəsarət alan 23 yaşlı Qurbanov Səbuhi Vidadi oğlu 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın