Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / FHN-in bu əməkdaşları ilə bağlı araşdırma başladı

FHN-in bu əməkdaşları ilə bağlı araşdırma başladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin iki müstəntiqi barədə korrupsiya ittihamı ilə araşdırma başlayıb.

“Azinforum.az”ın əldə etdiyi məlumata görə, müstəntiqlər – Zaur İslamov və Rüfət Nuriyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.

İdarədə onların korrupsiya əməllərinə yol verməsi şübhələri ilə bağlı araşdırma aparılır.

FHN-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin Əməliyyat-istintaq idarəsinin təhqiqatçıları Rüfət Nuriyev və Zaur İslamov barədə vətəndaşların şikayətləri əsasında Fövqəladə Hallar Nazirliyində araşdırma aparılıb və toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə göndərilib.

Həmçinin oxuyun

Azərbaycanda çörəyin qiyməti artacaq? – VİDEO

Ölkəmizdə unun tərkibi dəyişdiriləcək. Buna səbəb dünyada anemiya xəstələrinin sayının xüsusilə qadınlar arasında 570 milyona …