Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Araşdırma / FETÖ imamı Elnur Aslanov Dubayda şirkət qurdu, zəkat yığır

FETÖ imamı Elnur Aslanov Dubayda şirkət qurdu, zəkat yığır

Fətullah Gülən hərəkatının, yaxud Türkiyədə FETÖ (fətullahçı terror təşkilatı) adlandırılan təriqətin Azərbaycan imamı Elnur Aslanov Dubayda müsəlmanlardan zəkat yığmaq üçün şirkət qurub və ona rəhbərlik edir. Virtualaz.org xəbər verir ki, neçə gündür Azərbaycanda bəzi saytlarda dolaşan bu məlumatlara indi Türkiyə hakimiyyətinə yaxın KİV-lər, o cümlədən “Akşam” qəzeti yer verib.

Bildirilir ki, Pensilvaniyadakı terrorçubaşının təlimatı ilə hərəkətə keçən FETÖ-çular internet üzərində “PayzakatGlobal” adlı şirkət qurublar və dindarlardan zəkat adı altında pul toplayırlar. Bu pulların yoxsullara, imkansızlara yardım adı altında yığıldığı bildirilir, əslində isə FETÖ-nun kassasına gedir.

“Rus, ingilis və ərəb dillərində fəaliyyət göstərən “PayzakatGlobal” şirkətinə Elnur Aslanov rəhbərlik edir. Aslanov sosial media üzərindən paylaşımlar həyata keçirməklə din istismarçılığını buradan davam etdirir”-qəzet yazır.

Xatırladılır ki, Elnur Aslanov 2014-cü ildə Azərbaycanda Prezident Administrasiyasından uzaqlaşdırılıb. O, həmin vaxtdan ABŞ-a qaçıb və hazırda orada yaşamaqdadır. Bu ilin noyabrında Aslanov Dubayda “Global İslam İqtisadi Sammiti” adlı toplantıda iştirak edib. Onun həmin toplantıdan fotoları “PayzakatGlobal”ın sosial media hesabı üzərindən yayılıb.

virtualaz.org

 

Həmçinin oxuyun

Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı

Salyan Suvarma Sistemləri İdarəsi bir gündə 5 tenderlə bağlı ümumi dəyəri 1 milyon 285 min …